Səbuhi Hidayət oğlu Məmmədov Naxçıvan Muxtar Respublikası Baş nazirinin müavini - maliyyə naziri təyin edilib.

Unikal.org-un məlumatına görə,Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov noyabrın 30-da bununla bağlı fərman imzalayıb.

Qeyd edək ki, S.Məmmədov bundan əvvəl Naxçıvan Muxtar Respublikasının maliyyə naziri vəzifəsində çalışırdı.Bu fərmandan sonra isə həm də Baş nazirin müavini vəzifəsini icra edəcək.