Türkmənistan parlamenti Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanı təsdiq edib.

Unikal.org virtualaz.org-a istinadən xəbər verir ki, Məclisin iclasında Xəzəryanı dövlətlər arasında imzalanmış ticari-iqtisadi, nəqliyyat və Xəzərdə hadisələrin qarşısının alınması barədə sazişlər də təsdiq olunub.

Xatırladaq ki, Xəzərin hüquqi statusu haqqında Konvensiya avqustun 12-də Aktauda beş Xəzəryanı dövlətin - Azərbaycanın, İranın, Qazaxıstanın, Rusiyanın və Türkmənistanın prezidentləri tərəfindən imzalanıb.