Qaxda 70 yaşlı kişinin meyiti aşkarlanıb.

Unijal.org “Report”a istinadən xəbər verir ki, rayonun Qaşqaçaykəndində anadan olan, 1948-ci il təvəllüdlü Tofiq Şaban oğlu Hüseynovun meyiti kirayədə yaşadığı Qax şəhəri, H.Əliyev prospekti, ev 43 ünvanında aşkarlanıb. 

T.Hüseynovun ölümünün dəqiq səbəbini müəyyən etmək üçün meyit Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qax rayon Şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.