AQTA sədri Qoşqar Təhməzli Kənd Təsərrüfatı naziri İnam Kərimovun işdən çıxardığı şəxsə vəzifə verib.

Unikal.org-un əldə etdiyi məlumata görə,Qoşqar Təhməzlinin müvafiq əmri ilə Camal Quliyev Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Elmi-tədqiqat departamentinin müdiri vəzifəsinə təyin edilib.

Qeyd edək ki,  bir neçə ay öncə Kənd Təsərrüfatı naziri İnam Kərimovun əmri ilə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev işdən çıxarılmışdı.