Masallıda 5 otaqlı ev yanıb.

FHN-dən Unikal.org-a verilən məlumata görə, rayonun Yeyənkənd kəndində ümumi sahəsi 256 m² olan ikimərtəbəli 5 otaqlı evin 2-ci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 40 m² sahədə və dam örtüyü 80 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.