19 Aprel 2019
18 Aprel 2019
Məşhur aktrisa vəfat etdi - FOTO
Məşhur aktrisa vəfat etdi -FOTO MƏDƏNİYYƏT-ŞOU 22:38 2019-01-15

Amerikalı aktrisa Kerol Çenninq dünyasını dəyişib.

Unikal.org xarici mediaya istinadən xəbər verir ki, 98 yaşlı aktrisa bu gün səhər radələrində Kaliforniyadakı evində vəfat edib.

Qeyd edək ki, 1921-ci ildə Vaşinqtonda doğulan Kerol sənətə 1941-ci ildə gəlib. İlk dəfə 1949-cu ildə "Alicənab kişilər sarışınlara üstünlük verirlər" ("Gentlemen Prefer Blondes") adlı filmdə rol alıb. Ona uğur gətirən obrazı isə 1964-cü ildə "Salam, Dolli" ("Hello, Dolly") adlı ekran işində yaratdığı Dolli xarakteri olub. Çenninq “Toni”, “Oskar” və “Qızıl qlobus” mükafatçısıdır.


  • Məşhur aktrisa vəfat etdi -FOTO
  • Məşhur aktrisa vəfat etdi -FOTO