"Kim bilərdi Cavanşir Məmmədov belə öləcək".

"Unikal" xəbər verir ki, bunu Əməkdar artist Elza Seyidcahan "Elgizlə izlə" verilişində danışıb.

"Ölüm haqdır. Bilə bilmərik ki, kim harada öləcək. Kimə torpaq qismət olacaq, ya yox. Heç kim bilmir necə öləcək. Allahın işidir. Kim bilərdi Cavanşir Məmmədov belə öləcək. Təki hamı Cavanşir Məmmədov kimi yaşasın. Şəhərin göbəyində evi. Anası tacir olub" deyə, sənətçi açıqlamasında deyib.

Qeyd edək ki, C.Məmmədov aprelin 20-də ürəktutmasından dünyasını dəyişib.