Kürdəmir rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. 

Unikal.org-un report-a istinadən məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, 1991-ci il təvəllüdlü şəhər sakini Valeh Ağəli oğlu Zərbalıyev 10 MB 555 dövlət nömrə nişanlı "Kia Optima" markalı avtomobil tərəfindən vurulub. V.Zərbalıyev hadisə yerində ölüb. Onun meyiti Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə təhvil verilib. 

Faktla bağlı araşdırma aparılır.