Paytaxtda 18 yaşlı oğlan itkin düşüb.

Unikal.org-un Trend-ə istinadən xəbər verir ki, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yaşayan 2001-ci il təvəllüdlü Pənahov Etibar Elşən oğlu yanvarın 13-də səhər saat 07 radələrində evdən çıxıb və bir daha geri qayıtmayıb.

Hazırda gəncin axtarışları davam etdirilir.