Balakən rayonunun İtitala kəndində yaşayış evində güclü yanğın olub.

FHN-dən Unikal.org-a verilən məlumata görə, kənddə ümumi sahəsi 150 m² olan birmərtəbəli taxta konstruksiyalardan ibarət 4 otaqlı evin 3 otağının yanar konstruksiyaları və ev əşyaları 110 m² sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. ​