Bakıda piyada ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən Unikal.org-a verilən məlumata görə, yanvarın 18-də saat 19 radələrində Səbail rayonunun Parlament prospektində Bakı şəhər sakini Sabir Talıblı idarə etdiyi “Mazda” markalı avtomobillə piyada keçidindən yolu keçən Cəbrayıl rayon sakini Lalə Sadayzadəni vurmuş və nəticədə piyada hadisə yerində ölüb.
Səbail RPİ tərəfindən araşdırma aparılır.