Amerikalı repçi Kris Braun Parisdə həbs olunub.

Unikal.org Rusiya KİV-inə istinadən xəbər verir ki, buna səbəb adı açıqlanmayan 24 yaşlı qız tərəfindən polisə daxil olan şikayət olub.

O, müğənnini, onun dostunu və cangüdənini təcavüzdə ittiham edir. Şikayətçinin sözlərinə görə, hadisə yanvarın 16-da "Mandarin Oriental Hotel"də baş verib.