Bir müddətdir mədə xərçənginə görə müalicə olunan Türkiyənin məşhur aktrisası Ayşen Gruda vəfat edib.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər veirr ki, 74 yaşlı aktrisa müalicə aldığı Kağıthane Derindere xəstəxanasında dünyasını dəyişib.  

Qeyd edək ki, mədə ağrısı şikayətiylə Kağıthanedə özəl xəstəxanalardan birinə gedən Türkiyənin Film və Teatrının əfsanəvi ismlərindən Ayşen Grudaya mədə qanaxması diaqnozu qoyulmuşdu.

Xəstəliyinin mədə xərçəngi olduğu öyrənilən aktrisa bir müddət həmin xəstəxanda müalicə almağa davam etmişdi. 

Xatırladaq ki, Ayşen Gruda Türkiyənin ən hazırcavab aktrisası kimi tanınıb. Hətta o Türkiyə leksikonuna "gerzek" (geri zekalı sozlərinin birləşməsindən yaranan ifadə) daxil edib.