İkinci dəfə ailə quran və bu evlilikdən 3-cü oğlu dünyaya gələn Fərda Xudaverdiyev növbəti dəfə ailə məsələləri ilə gündəmə gəlib. 

Unikal.org xəbər verir ki, Fərda Xutaverdiyevin "Üç aslanım: Mətinim, Aminim, Raulum" başlığı ilə paylaşımı ilk həyat yoldaşının səssizliyini pozmasına səbəb olub. 

Belə ki, G.Xudaverdiyeva Fərdanın ona xəyanət etdiyini iddia edərək həmin xanıma görə ailəsinin dağıldığını qeyd edib:

"Fərda Xudaverdiyevin ilk və əsl həyat yoldaşı olmuşam. Amin və Mətini dünyaya gətirən ana mənəm. 9 illik xoşbəxt ailə həyatım var idi. Qayınanam, baldızım, qayınatamla heç bir problemim olmayıb. Lakin bu qadın, yəni Raulun anası ailəmdə dəfələrlə problem yaradıb. 9 il kənardan bu ailəni dağıtmaq üçün əlindən gələni edib.

O qadın dəfələrlə Fərdanın viski masasında olub. Sonda ailəmizin dağılmasında səbəb o və dünyaya gətirdiyi uşaqdır. O uşaq biz ailəli olarkən dünyaya gəlib. Boşanma prosesi noyabrda baş verib. Uşağın 1 yaşı isə martda olacaq. Bu zamana kimi kənardan izləyirdim. Amma dünənki paylaşımlar məni susdura bilməz. O uşaq mənim oğlanlarımın qardaşı deyil, ola da bilməz". 

Qeyd edək ki, F.Xudaverdiyev ilk həyat yoldaşından ötən il boşanıb. Daha sonra ikinci dəfə gizli ailə qurub