Türkiyənin məşhur müğənnisi İzzet Altınmeşenin aktyor olu Fırat Altınmeşe sevgilisi tərəfindən döyülüb. 

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, üç ildir sevgili olduğu qadın tərəfindən küçənin ortasında döyülüb.  Gənc cütlük gecə vaxtları Lucca adlı restorana gediblər. Məlum olmayan səbəbdən mübahisə edən sevgililər məkandan çıxarkən dalaşmağa başlayıblar. 

Daha sonra Fırat Altınmeşenin sevgilisi ona hücum çəkib. Gənc qadın dırnaqları ilə aktyorun alnını, yanaqlarını və çənəsini cırmaqlayaraq qan içində qoyub. Bu zaman jurnalistlərin onu çəkdiyini görən qadın sürətli şəkildə oradan uzaqlaşıb. 

Baş verənlər qarşısında donub qalan Altunmeşe isə belə açıqlama verib: "Üç illik sevgilim, aşiq olduğum qadın mənə bunu etdi". 

Mübahisənin səbəbini açıqlamayan aktyor taksiyə minərək oradan uzaqlaşıb.