Sabah İtaliyanın ATƏT Parlament Assambleyasındakı (PA) nümayəndə heyətinin rəhbəri Paolo Qrimoldinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfər edəcək.

Unikal.org-un məlumatına görə, nümayəndə heyəti Milli Məclisdə Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyəti ilə görüş keçirəcək.

Nümayəndə heyətinin İqtisadiyyat və Energetika nazirliklərində görüşlərinin keçirilməsi də nəzərdə tutulub.