Ermənistandan daxil olan son məlumatlara əsasən baş nazir Nikol Paşinyan bu gün işğal altında olan Dağlıq Qarabağa gəlib.

Unikal.org news.am-a istinadən xəbər verir ki, “Orada sabah martın 12-də Ermənistan və Dağlıq Qarabağ rəhbərlərinin iştirakı ilə təhlükəsizlik Şurasının iclasını keçirmək planlaşdırılır”-Ermənistan baş naziri Aparatından bildirilib.

Ehtimal olunur ki, bu iclas Minsk qrupu həmsədrlərinin yaydıqları son bəyanat və Azərbaycanla Ermənistan rəhbərlərinin yaxın günlərdə həmsədrlərin iştirakı ilə baş tutacağı gözlənilən ilk rəsmi danışıqları ətrafında yaranmış situasiya ilə əlaqəlidir. Paşinyan həmsədrlərin son bəyanatına qədər israr edirdi ki, danışıqların formatı dəyişdirlməli və Dağlıq Qarabağ da formata daxil edilməlidir.