İkiqat Olimpiya çempionu canlı yayımda huşunu itirdi

Brazilyanın voleybol üzrə qadınlardan ibarət milli komandasının üzvü, ikiqat olimpiya çempionu Jaklin Karvalyu huşunu itirib. Hadisə idmançının Braziliya Superliqasında "SESI San-Paolo" və "EMS Taubate" komandaları arasındakı matç zamanı müsahibə verərkən baş verib.  

 Unikal.org  xarici mətbuata istinadən xəbər verir ki, 36 yaşlı idmançı gözlənilmədən gözlərini yumub və yerə yıxılıb. 

Jaklini meydandan kənara apraran zaman matça bir müddət ara verilib. Ona ilkin müdaxilə edən komandalardan birinin həkimi Serjio Şavyer xanım voleybolçunun ürəyinin getməsinə zaldakı yüksək temperaturun səbəb olduğunu bildirib. Yüksək hərarət idmançının qan təzyiqini qaldırıb, nəticədə o, huşunu itirib.

Qeyd edək ki, Jaklin Karvalyu Braziliya millisinin heyətində 2008-ci il Pekin və 2012-ci il London Yay Olimpiya Oyunlarının qalibi olub.