Türkiyənin məşhur "Çarpışma" serialının baş rol oyunçusu Melisa Aslı Pamuk 10 illik sevgilisi Tolqa Sala ilə yollarını ayırıb.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisanın yeni sevgilisi həmkarı Demet Özdemirin keçmiş sevgilisi, "Beşiktaş"lı futbolçu Oğuzhan Özyakupdur. İddiaya görə, onlar artıq bir müddətdir gzili eşq yaşamağa başlayıb. Hətta cütlük sosial şəbəkədə bir-birini izləməyə başlayıb. Məlumata görə, cütlük  birlikdə nahar etdikdən sonra avtomobilə minərək oradan uzaqlaşıblar.

Qeyd edək ki, Demet Özdemir və Melisa Aslı Pamuk "Kurt Seyit ve Şura" serialında birgə rol alıblar.