Bu gün “Arsenal” klubu Bakıda son məşqini keçirib.

Unikal.org xəbər verir ki, London təmsilçisinin Avroliqanın finalına hazırlıq məşqi Bakı Olimpiya Stadionunda baş tutub. 

Qeyd edək ki, "Arsenal" mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final görüşündə "Çelsi" ilə qarşılaşacaq.