Bu gün tarixdə ilk dəfə Bakı şəhərində UEFA İcraiyyə Komitəsinin iclası keçirilib.

Unikal.org xəbər verir ki, “Hilton” otelində 4 saatdan artıq davam edən iclasda UEFA prezidenti Aleksander Çeferin Bakı şəhərinin Avropa futbol qurumunun İcraiyyə Komitəsinin toplantısına ev sahibliyi etməsi ilə əlaqədar AFFA-nın baş katibi Elxan Məmmədova plaket təqdim edib.

İclasdan sonra mətbuat konfransı təşkil olunub. İcraiyyə Komitəsində qəbul olunmuş qərarlar barədə məlumat verən Çeferin daha sonra mətbuat nümayəndələrinin suallarını cavablandırıb.