Xəbər verdiyimiz kimi, mayın 29-da Bakı Olimpiya Stadionunda keçirilən UEFA Avropa Liqasının final qarşılaşmasının qalibi “Çelsi” komandası olub. 

Qalib gələn  "Çelsi" qələbə sevincini paltardəyişmə otağında ediblər.  

Unikal.org futbolçuların Bakıdakı qələbə sevincindən çəkilmniş görüntüləri təqdim edir: 

Bildirək ki, “Arsenal”ın sabiq futbolçusu Olivye Jiru  49-cu dəqiqədə keçmiş komandasəna qol buraraq hesabı açmış və bununla da cari mövsüm Avropa Liqasının 11 qolla bombardiri olmuş  fransalı forvard kuboka  pivə tökdürərək içib.

Qeyd edək ki, London təmsilçilərinin duelində sevinən tərəf 4:1 hesabıyla qələbə qazanan “Çelsi” olub. Maraqlısı odur ki, İngiltərə klublarının oyuna çıxdığı əsas heyətdə ümumilikdə 1 ingilis futbolçu yer alıb. O da “Arsenal”da Eynsli Meytlend-Naylz. Start heyətdə meydana çıxan 21 yaşlı yarımmüdafiəçi sonadək mübarizə aparıb.

Oyuna sonradan isə iki ingilis futbolçu daxil olub – “Çelsi”dən Ross Barkli, “Arsenal”dan Co Uillok. Ümumilikdə, komandaların oyun üçün açıqladığı heyətdə “Çelsi”dən 5, “Arsenal”dan 6 ingilis futbolçu yer alıb.