Peşəkar Futbol Liqasında (PFL) struktur dəyişikliyi edilib. 

Qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin əməkdaşı, PFL-in rəsmi saytının baş redaktoru Elgiz Abbasov Texniki İdman Şöbəsinin rəisi təyin edilib.

Elgiz  Abbasov Unikal.org-a vəzifəsiylə bağlı açıqlama verib:

"Biz burada bir ailə kimiyik. Hər birimiz Azərbaycan futbolu üçün çalışırıq. Öhdəliyim yarışların təşkili ilə bağlıdır". 

Qeyd edək ki, 29 yaşlı Abbasov 2014-cü ildən PFL-də çalışır.