Ağsu rayonunda fərdi yaşayış evi yanıb.

Unikal.org "Report"a istinadən xəbər verir ki,  hadisə rayonun Elabad kəndində qeydə alınıb. Hadisə yerinə Ağsu rayon dövlət yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğının digər ərazilərə keçməsinin qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.