Bakıda 4 avtomobilin iştirakı ilə zərcirvari qəza baş verib.

Unikal.org "Report"a istinadən xəbər verir ki, hadisə paytaxtın Zığ şossesi, 31 ünvanında qeydə alınıb.

Qəza zamanı "VAZ-2107", "Toyota" və iki "Mercedes" markalı minik avtomobilləri toqquşub. Nəticədə xəsarət alan olmasa da, maşınlara ciddi ziyan dəyib.