Ötən gün axşam saat 23 radələrində Zaqatala rayonunun Muğanlı kəndində, kənd sakini Məmmədxan Məmmədovun yaşadığı evin həyətyanı sahəsindəki, ümumi sahəsi 500 kv/m olan yardımçı tikiliyə yığılmış 7 000 ədəd quru ot bağlamasından ibarət ot tayasında yanğın baş verib.

Unikal.org xəbər verir ki, hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyətləri cəlb edilib. 

Yanğın gecə saatlarında məhdudlaşdırılaraq genişlənib digər tikililərə keçməsinin qarşısı alınıb. Hazırda yağının tam söndürülməsi prosesi gedir. Yanğın nəticəsində yardımçı tikilinin yanar konstruksiyaları və 7000 ədəd ot bağlaması tam yanıb. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.