Türkiyə prezidenti tərəfindən verilən iftar süfrəsində görüş zamanı maraqlı anlar yaşanıb.
 
Unikal.org Musavat.com-a istinadən xəbər verir ki, Türkiyənin məşhur televiziya aparıcılarından olan Burcu Əsmərsoy ilə məşhur müğənni Gülbən Ərgən eyni paltarı geyiniblər.
 
Məşhurların eyni paltarı geyinməsi prezident Ərdoğanın da çaşqınlığına səbəb olub.
 
Bu maraqlı hadisə jurnalistlərin də diqqətindən yayınmayıb. 
 
Gecənin sonunadək bir-birilərindən aralı qalmağa çalışan məşhurların görüntüləri kameraların obyektivinə tuş gəlib.
 
Sözügedən maraqlı görüntüləri sizlərə təqdim edirik: