Space Tv-də Amil Xəlilin sosial-krminal layihəsi «Gəl Dərdini Danış» da ötən gün növbəti ölüm hadisəsindən xəbər verilib. 

Unikal.org xəbər verir ki, 2 ay əvvəl özünü asan Rafiqin anası Amil Xəlil ilə söhbətdə maraqlı anları qeyd edib. O, oğlunun sələmə pul götürdüyünü və bu səbəbdən intihar etdiyini bildirib. Rafiqin həyat yoldaşı isə əri haqqında maraqlı faktları danışıb. 13 ildir övladlarının olmadığını (red: problim Rafiqdə olubmuş) və buna baxmayaraq xoşbəxt olduğunu bildirsə də son zamanlar fikirli olduğunu xüsusi ilə qeyd edib. Bakıda bağların birində çalışan Rafiqi elə həmin bağda özünü asaraq intihar edildiyi deyilir.