Gəncə şəhərinin Nizami rayonunda " ВАЗ" markalı minik avtomobilinin yanar hissələri yanıb.

Unikal.org FHN-ə istinadən xəbər verir ki, yaxınlıqadakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bakı şəhərinin Qaradağ rayonunda ümumi sahəsi 50 m² olan birmərtəbəli 3 otaqlı taxtadan ibarət evin yanar konstruksiyaları 20 m² sahədə və dam örtüyü 25 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Şabran rayonunun Ağalıq kəndində ümumi sahəsi 20 m² olan tövlənin yanar konstruksiyalari və içərisinə yığılan 3 ton ot bağlaması yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.