Bakı sakinindən 8 ədəd 500 avroluq saxta əskinas götürülüb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Unikal.org-a verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəisinin əməkdaşları tərəfindən iyulun 29-da Bakı şəhər sakini Z.Paşayevdən 8 ədəd 500 avroluq saxta əskinas götürülüb.

Görülən tədbirlərlə Z.Paşayevə həmin əskinasları vermiş bir əcnəbi vətəndaş saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 204-cü (Saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma)maddəsi ilə cinayət işi başlanıb.