Daxili İşlər Nazirliyində vəzifə dəyişikliyi olub.

Unikal.org Lent.az-a istinadən xəbər verir ki, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Səbail rayonu 39-cu polis bölməsinin rəisi polis polkovniki Ayxan Bağırov vəzifəsindən azad olunub. O, Yasamal rayonu 29-cu polis bölməsinə yeni rəis təyin edilib.