15 Noyabr 2019
14 Noyabr 2019
Brejnevin sürücülük vəsiqəsi hərraca çıxarılacaq - FOTO
Brejnevin sürücülük vəsiqəsi hərraca çıxarılacaq -FOTO DÜNYA 23:21 2019-11-05

SSRİ Mərkəzi Komitəsinin Baş katibi Leonid İliç Brejnevin sürücülük vəsiqəsi və xəbərdarlıq talonu noyabrın 14-də Moskvada hərraca çıxarılacaq.

Unikal.org “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə “Litfond” hərracının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Brejnevə məxsus laminatla üzlənmiş AAK № 000077 seriya nömrəli sürücülük vəsiqəsi və AAI № 670077 seriya nömrəli xəbərdarlıq talonu 1976-cı il 10 dekabr tarixində - Leonid İliçin 70 illik yubileyi günü SSRİ Daxili İşlər naziri Nikolay Anisimoviç Şyolokov tərəfindən zarafatyana hədiyyə edilib.  

Göründüyü kimi, xəbərdarlıq talonunun sürücüyə aid hissəsində boşluq yoxdur – çox sayda qayda pozuntularını əks etdirən möhürlər əks olunub. 

Sözügedən sənəd 1991-ci ildə Moskvanın meri olmuş Qabriel Popov tərəfindən Brejnevin qaldığı bağ evində tapılıb. 

Qeyd edilib ki, hərracda sürücülük vəsiqəsinin ilikn qiyməti 1 350 000 - 1 500 000 rubl aralığında qiymətləndiriləcək.