22 Noyabr 2019
21 Noyabr 2019
Futzal millimizin rəqibləri müəyyənləşib
Futzal millimizin rəqibləri müəyyənləşib İDMAN 18:47 2019-11-07

Bu gün 2020-ci ildə keçiriləcək futzal üzrə dünya çempionatının elit-raundunun püşkatma mərasimi keçirilib.

Unikal.org xəbər verir ki, millimizin də rəqibləri müəyyənləşib. Yığmamız Rusiya, Xorvatiya və Slovakiya ilə mübarizə aparacaq.

Bu qrupun oyunları gələn il yanvarın 27-dən fevralın 5-dək Xorvatiyada keçiriləcək.

Qeyd edək ki, mundialın final mərhələsi Litvada təşkil olunacaq.