Bu gün 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının ilkin seçmə mərhələsində mübarizəyə qoşulub. 

Unikal.org xəbər verir ki, millimiz ilk oyununu keçirib. Yığmamız Yunanıstanın Patra şəhərindəki “Papacharalambio Ethniko” stadionunda bu ölkədən olan həmyaşıdları ilə qarşılaşıb və 1:6 hesabı ilə uduzub.