07 Dekabr 2019
06 Dekabr 2019
Son 53 ilin ən güclü seli: fövqəladə vəziyyət
Son 53 ilin ən güclü seli: fövqəladə vəziyyət DÜNYA 10:00 2019-11-15

İtaliyanın Venesiya şəhərində 1966-cı ildən bəri ən güclü sel baş verib.

Unikal.org BBC - yə istinadla xəbər verir ki, şəhərin Veneto bölgəsində fövqəladə hal elan edilib.

Güclü külək və aramsız yağışların təsiriylə çərşənbə axşamından dəniz səviyyəsi 187 santimetrə qədər yüksəlib.

Bu gün şəhərdə dəniz səviyyəsinin 115 santimetrə qədər yüksələcəyi xəbərdarlıq edilib.

Ölkənin Nazirlər Şurası günlərdir tarixi binaların, iş yerlərinin suyla dolmasına, böyük zərərə səbəb olan sellə bağlı toplantı keçirib. Toplantıda zərər çəkmiş ərazilərdə fövqəladə vəziyyət elan edilməsi qərara alınıb.