Bu gün Bakıda NATO-nun Hərbi Komitəsinin sədri Ser Stüart Piiçlə Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov arasında görüş keçirilib.
Unikal.org
xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüşdə Rusiya-NATO təmas xəttində insidentlərin qarşısının alınması və hərbi ekspertlər arasında dialoqun bərpasının perspektivləri müzakirə olunub.

Qeyd edək ki, Rusiya və NATO rəsmiləri danışıqlardan əvvəl Azərbaycan Prezidenti ilə görüşüblər.