Ağdaş-Yevlax yolunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 Unikal.org report-a istinadən xəbər verir ki, 1978-ci il təvəllüdlü Allahverdiyev Pərviz Misir oğlu yolu keçmək istəyərkən "KaMAZ" markalı yük maşını onu vurub.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona müştərək travma diaqnozu qoyulub və reanimasiyaya yerləşdirilib.