Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov və ölkəmizdə rəsmi səfərdə olan Ukrayna Prezidenti Vladimir Zelenski dekabrın 17-də birgə işçi nahar ediblər.

Unikal.org xəbər verir ki, söhbət zamanı Azərbaycan ilə Ukrayna arasında münasibətlərin, o cümlədən iqtisadi sahədə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.