Rusiyada azərbaycanlı taksi sürücüsü yol qəzasında ölüb. 

Unikal.org xəbər verir ki, hadisə Moskva vilayətinin İstra şəhəri yaxınlığında qeydə alınıb. 

Belə ki, 1964-cü il təvəllüdlü Sənan Bayramovun idarə etdiyi avtomobil yüksək sürətlə TIR-a çırpılıb. Sürücü hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.