Ağsu rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org APA-ya istinadən xəbər verir ki,  hadisə Ağsu-Kürdəmir yolunda, Muradlı kəndi ərazisində qeydə alınıb. 1991-ci il təvəllüdlü Novruz Feyzullayev idarə etdiyi UU-952-UG Gürcüstan nömrə nişanlı, "Ford Tranzit" markalı sərnişin mikroavtobusu idarəetmədən çıxaraq aşıb. Nəticədə sürücü və sərnişini, 1982-ci il təvəllüdlü Mahir Abdullayev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ağsu rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Ağsu rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, Novruz Feyzullayev mikroavtobusla çörək daşıyırmış.