Ötən sentyabr ayında hamilə olan aktrisa Ceren Kaplakarslan nişanlısı tərəfindən şiddətə məruz qalmışdı.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Türkiyəli aktrisa övladını ABŞ-da dünyaya gətirib. Nişanlısı Temel Kankıran tanınmış aktrisa 6 aylıq hamilə olarkən onu döymüşdü. 

İlk məhkəmədən sonra sərbəst buraxılan Temel Kankıran barəsində məhkəmə prosesi hələ də davam edir.