Şirvanda uşaq ölümü baş verib.

Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə Şirvan Mərkəzi Rayon Xəstəxanasının doğum şöbəsində qeydə alınıb. Rayon sakini, 1996-cı il təvəllüdlü Tağıyeva Tamara Teymur qızı 7 aylıq hamiləliyində doğum şöbəsində daxil olub və oğlan uşağı dünyaya gətirib. Körpə doğuşdan sonra ölüb.

Faktla bağlı araşdırma aparılır.