Sərbəst güləş üzrə yığma komandamızın Rusiyanın Kislovodsk şəhərindəki təlim-məşq toplanışı  başa çatıb.

Unikal.org xəbər verir ki, millimizi  bu toplanışı  martın 19-dan 22-dək Macarıstanın paytaxtı Budapeştdə təşkil olunacaq Avropa Olimpiya Təsnifat turnirinə hazırlıq xarakteri daşıyıb. 

Kislavodskda 14 gün davam edən təlim-məşqdə Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Firdovsi Umudov da iştirak edib.

Maraq doğuran məqamlardan biri də F.Umudovun güləş döşəyindən kənarda yox, komandanın daxilində olmasıdır.

Belə ki, vitse-prezident idmançılarla məşq zamanı qurşaq tutub. Komandadakı gənclərə fəndin düzgün tətbiqini başa salıb.