2023-cü ildə UEFA Super Kuboku yarışlarının finalı Rusiyanın Kazan şəhərində, “Ak Bars Bank Arena” stadionunda keçiriləcək.

Unikal.org  TASS-a istinadən xəbər verir ki, bununla bağlı UEFA-nın İcraiyyə Komitəsinin iclasında qərar qəbul edilib.

Qeyd edək ki, “Ak Bars Bank Arena” stadionu 2013-cü ildə istifadəyə verilib. Arenanın azarkeş tutumu 45 min 379 nəfərdir. Arenada 2013-cü Yay Universiadasının, 2015-ci ildə dünya su idmanı çempionatının açılış və bağlanış mərasimləri, habelə 2017-ci ildə futbol üzrə Konfederasiyalar kuboku və 2018-ci ildə dünya kuboku oyunları keçirilib.