İngiltərənin “Kristal Pelas” klubu ciddi itkiylə üzləşib.

Unikal.org xəbər verir ki, Premyer Liqa təmsilçisinin hücumçusu Cenk Tosun zədələnib. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Xəbərdə, 28 yaşlı futbolçunun 6 ay yaşıl meydanlardan uzaq qalacağı bildirilib. Tosun AÇ-2020-nin əsas mərhələsində Türkiyə yığmasına kömək edə bilməyəcək.

Müqavilə ilə “Everton”a məxsus olan Tosun, yanvarda icarə əsasında “Kristal Pelas”a keçib.