Dünyada yayılan koronavirus pandemiyası idman sahəsinə də öz təsirini göstərib.  

Unikal.org xəbər verir ki,ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayan Koronavirus infeksiyasından indiyədək 8 010 nəfərin ölmünə səbəb olan  virus üzündən önəmli turnirlərin əksəriyyəti təxirə salınıb.

Həmçinin virusun yayıldığı ölkələrdə bəzi tanınmış idmançılar və idman adamları da koronavirusa yoluxub. 

Onların adlarını təqdim edirik:

 "Flamenqo"nun baş məşqçisi Jorji Jezuş;  

"Arsenal"ın baş məşqçisi Mikel Arteta;

"Verona"nın futbolçusu Mattia Cakkanyi;

"Fiorentina"nın futbolçuları - Duşan Vlaxoviç, Patrik Kutrone, Herman Petselya;

"Valensiya"nın futbolçuları - Esekiel Qaray və Eliakim Mankalya;

"Yuventus"un futbolçuları - Daniele Ruqani, Blez Matyuidi;

Danimarkalı sabiq futbolçu Tomas Kalenberq;

"Paderborn"un futbolçusu Luka Kilian;

"Sampdoriya"nın futbolçuları - Manolo Qabbiadini, Omar Kolli, Albin Ekdal, Antonio La Qumina, Morten Torsbü;

"Hannover 96"-nın futbolçusu Timo Hübers;

"Bruklin Nets"in basketbolçusu Kevin Dyurent; 

"Real"ın basketbolçusu Trey Tompkins; 

"Yuta Caz"ın basketbolçuları - Rudi Qober və Donovan Mitçell;

"Detroyt Pistons"un basketbolçusu Kristian Vud;

"Çelsi"nin futbolçusu Kallum Hadson-Odoi.