Çinin Uhan şəhərində meydana gələn yeni növ koronavirus (COVID-19) dünyada sürətlə yayılmağa davam edir.

Unikal.org xəbər verir ki, ABŞ-da yaşayan "Amişlər" isə dini inanclarına görə elektrik və günümüzdə istifadə etdiyimiz əksər elektronik vasitələri qəbul etmirlər. Onlar bu vasitələrdən istifadə etmədiklərinə görə təbii ki, koronavirus infeksiyasının yaratdığı təhlükədən də xəbərsizdirlər. 

Buna görə də ABŞ höküməti həmin insanları məlumatlandırmaq üçün onların yaşadıqları ərazilərə buklet paylamağa başlayıb.

Qeyd edək ki, "Amişlər"in sayı Amerikada 150-200 min nəfər arasındadır və əksəriyyəti Ohio,Pensilvaniya ,İndiana və Lova ştatlarında yaşayırlar.