Münhen “Bavariya”sının futbolçusu Filippe Koutinyo əməliyyat olunub.

Unikal.org xəbər verir ki, komandanın  yarımmüdafiəçisi Filippe Koutinyonun sağ ayağında ağrılar olduğundan, klubun həkimləri cərrahi müdaxiləyə ehtiyac duyublar.

Braziliyalı futbolçunun əməliyyatı uğurlu alınıb. 

Qeyd edək ki, Koutinyo müqavilə ilə İspaniyanın “Barselona” klubuna məxsusdur.