Şəkidə mebel sexində yanğın olub.

Unikal.org Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, ümumi sahəsi 1200 m² olan, bir dam altında tikilən müxtəlif təyinatlı obyektlərdən (mebel və dəmirçi sexi, anbar, aptek) sahəsi 300 m² olan mebel sexinin dam örtüyünün taxta atmaları, içərisində taxta materiallar 3 m³ və 4 ədəd dəzgah yanıb.

Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.