Bu gecə paytaxtın Nəsimi rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org “Report”a istinadən xəbər verir ki, hadisə paytaxtın Azadlıq prospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsində qeydə alınıb.

Belə ki, Türkiyə dövlət qeydiyyat nişanlı “Nissan” markalı avtomobillə “Mercedes” markalı avtomobil toqquşub.

Qəza nəticəsində Türkiyə vətəndaşı xəsarət alıb, hər iki avtomobilə ciddi ziyan dəyib.

Əraziyə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib. Qəzanın başvermə səbəbləri araşdırılır.